"Mançester Siti" yayda klubla müqaviləsi bitən İlkay Gündoğanın yerinə yeni futbolçu axtarır.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in gündəmində "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç var. Mançester təmsilçisi "Çelsi" ilə 2024-cü ilin yayına kimi müqaviləsi olan xorvat oyunçu üçün klubuna təklif göndərəcək.
Mateo Kovaçiç "Çelsi"yə 2018-ci ilin yayında Madrid "Real"ından transfer olunub. 28 yaşlı yarımmüdafiəçi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 23 rəsmi 1 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi