Futbol üzrə İran çempionatında 21-ci turun qarşılaşmaları davam edir.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Sanat Naft"ın qonağı olub. Matç Təbriz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Qurdlar"ın heyətində Reza Əsədi dubl edib, digər qolu isə Mehdi Haşemnejad vurub.
Xallarını 36-ya yüksəldən "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təbrizlilər lider "Sepahan"dan 7 xal geri qalır.
saytlarin hazirlanmasi