AFFA prezidenti Rövnəq Abdullayev 28 fevral tarixində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Sportal.az xəbər verir ki, Abdullayev görüşdən sonra FIFA TV-yə müsahibə verib. O, görüşün yüksək səviyyədə keçdiyini deyib:
"FIFA prezidenti ilə görüşümüz yüksək səviyyədə keçdi. Əsasən layihələr müzakirə olundu. FIFA və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onların dəstəyi yenə davam edəcək. Görüşdə Azərbaycanda futbolunun, hakimlərin inkişafı məsələləri müzakirə olundu. FIFA prezidenti hər bir məsələdə AFFA-ya dəstək olur.
FIFA-nın layihələrinə biz üst yerlərdə dayanır, öz dəstəyimizi göstəririk. Azərbaycanda qadın futbolu gənc olsa da, şərq ölkələri arasında bizim ölkədə qadınların idmanı daha ön plandadır. FIFA-nın dəstəyi ilə 2013-cü ildə 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına ev sahibliyi etdik. Bundan sonra ölkəmizdə qadın futbolu daha da inkişaf etməyə başladı".