"Rayo Valyekano"nun hücumçusu Radamel Falkao karyerasını Asiyada davam etdirə bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun Malayziyaya getmək ehtimalı var. Kolumbiyalı forvardın xidmətində "Johor Darul" maraqlıdır. Təcrübəli qolçu mövsümün sonunda azad agent statusu ilə bu kluba keçəcək.
Qeyd edək ki, Radamel Falkao "Rayo Valyekano"ya 2021-ci ilin sentyabr ayında "Qalatasaray"dan transfer olunub. Ulduz futbolçu cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi