“Vest Hem” və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysın “Arsenal”a keçəcəyi gözlənilsə də, o, başqa kluba transfer olacaq.
Sportal.az “The Times”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu özü “Arsenal”da oynamaq istəsə də, “Çelsi” onun üçün hazırkı klubuna daha çox məbləğ ödəyəcək.
Belə ki, “Çelsi” “topçular”dan fərqli olaraq “Vest Hem”in istədiyi 110 milyon avronu qarşı tərəfə verməyə hazırdır.