Cənubi Amerikanın superkubokunun qalibinin adına aydınlıq gətirilib.
Sportal.az xəbər verir ki, "ReCopa" adlandırılan turnirdə "Flamenqo" və “İndependiente del Valye” klubları qarşılaşıb. İlk matçda ekvadorlular evdə 1:0 hesabı ilə rəqibinə qalib gəlib.
"Flamenqo"nun meydanında baş tutan matçda da eyni hesab qeydə alındığından əlavə vaxta ehtiyac duyulub. Bu müddətdə də qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün komandalar penalti zərbələrini yerinə yetirib. Burada daha dəqiq oynayan "İndependiente del Valye" rəqibinə 5:4 qalib gələrək turnirin qalibi olub.
Xatırladaq ki, "Flamenqo" Libertadores, "İndependiente" isə Sudamerikano turnirinin son qalibləridir.