"Hatayspor"un forvardı Ze Luiş yenidən Rusiyaya qayıda bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Lokomotiv" və "Spartak"ın sabiq forvardı “Ximki” ilə anlaşmaq üzrədir. O, ÇSKA-ya təklif edilsə də, Ordu klubu onunla müqavilə imzalamaqdan imtina edib.
Xatırladaq ki, “Hatayspor” təmsil etdiyi şəhərdə baş verən dəhşətli zəlzələdən sonra bu mövsüm Superliqadan çəkilmişdi.
FİFA isə bu klubda forma geyinmiş futbolçuların azad agent kimi digər komandalara keçməsinə icazə verib. Ze Luiş “Hatayspor”a keçməmişdən əvvəl onun adı “Qarabağ”la da hallanmışdı. Amma o, ötən il "Al Tavun"dan ayrılaraq "Hatayspor"la anlaşmışdı.