Əliyar Ağayevin idarə etməli olduğu matç təxirə düşdü

22:34 - 1 Mart 2023

FIFA referisi Əliyar Ağayevin təyinat aldığı Yunanıstan Kubokunun "Olimpiakos" - AEK görüşü təxirə düşüb.

Sportal.az xəbər verir ki, buna səbəb Larissa şəhəri yaxınlığında baş vermiş qatar qəzasıdır.

Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həyatını itirib, 66 nəfər isə yaralanıb.

Bundan sonra federasiya bu həftə keçiriləcək görüşlərin təxirə salınmasına qərar verib.

Xəbər xətti