Türkiyədəki dəhşətli zəlzələdən sonra Superliqadakı bu mövsümkü çıxışını başa vuran "Hatayspor"un daha bir futbolçusu komanda ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Ayub Əl-Kaabi Qətərin "Əl-Sədd" klubu ilə anlaşıb. Mərakeş millisinin üzvü 2023-cü ilin iyunun 30-na kimi bu kluba məxsus olacaq.
Əl-Kaabi 2021-ci ildən "Hatayspor"da oynayırdı və 55 matçda 26 qol vuruvurmuşdu. Onun adı "Konyaspor" və "Trabzonspor"la hallanırdı.