PSJ-nin müdafiəçisi Əşrəf Hakimin adı təcavüz qalmaqalında hallansa da, o, Paris klubunda oynamağa davam edəcək.
Sportal.az “ESPN”ə istinadən xəbər verir ki, mərakeşli futbolçunun Liqa 1-in 26-cı turunun “Nant”la görüşündə meydanda olacağı gözlənilir.
Hakimi 24 yaşlı qızı zorlamaqda şübhəli bilinir. Müdafiəçinin ətrafı və vəkili bu məsələni təkzib edib. PSJ isə futbolçunu dəstəkləyən bəyanat yaymışdı. Prokurorluq istintaqa başlayıb, lakin Hakimiyə rəsmi ittiham irəli sürülməyib.
Futbolçunun həyat yoldaşı isə Hiba Abuk boşanmaq üçün artıq məhkəməyə müraciət ünvanlayıb. Lakin cütlüyün ayrılması Hakiminin təcavüz iddiaları ilə bağlı deyil. Səbəb Abuk və Hakiminin həyata baxışlarının fərqli olmasıdır.