Sadıqov "Porto"nun sabiq forvardının keçidini təkzib etdi: "İlk dəfə sizdən eşidirəm"

13:04 - 2 Mart 2023

"Ximki"nin əsas sərmayədarı Tufan Sadıqov "Матч ТВ"yə açıqlamasında Ze Luişin paytaxt klubuna keçidi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sportal.az xəbər verir ki, azərbaycanlı iş adamı kabo-verdeli forvardın "Ximki"yə keçməyəcəyini bildirib: 

"Bunu ilk dəfə sizdən eşidirəm. "Ximki"də heyətlə bağlı vəziyyət qaydasındadır. Heyət yaxşı komplektləşdirilib".

Xatırladaq ki, 32 yaşlı forvard son dəfə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Superliqadan çəkilən “Hatayspor”un ayrılmışdı. Təcrübəli hücumçu "Braqa", "Spartak"(Moskva), "Porto", "Lokomotiv"(Moskva) kimi klublarda çıxış edib.

 

Xəbər xətti