Azərbaycan millisinin daha bir üzvü Xorvatiya klubuna keçəcək

13:19 - 2 Mart 2023

Azərbaycan millisinin daha bir futbolçusu karyerasını Xorvatiya çempionatında davam etdirməyə yaxındır.

Sportal.az "fanat.az"a istinadən xəbər verir ki, "Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Filip Ozobiçdir.

Ağdam təmsilçisindən yeni anlaşma təklifi almayan və böyük ehtimalla, yayda "köhlən atlar"la vidalaşacaq 31 yaşlı futbolçu "Slaven Belupo"nun maraq dairəsindədir.

Milliləşdirilmiş xorvat Azərbaycana gəlməmişdən öncə vətənində məhz bu klubun formasını geyinib. O, 2013-2016-cı illər aralığında "əczaçılar"ın uğurları üçün çalışıb.

​Qeyd edək ki, hazırda icarə əsasında Türkiyənin "Konyaspor" klubunda top qovan Mahir Emreli müqavilə ilə digər Zaqreb "Dinamo"suna məxsusdur. 

Xəbər xətti