Kvaratsxeliyanın agenti: "Badri ilə "Barselona"ya azarkeşlik edirik, Xviça isə "Real"ı dəstəkləyir"

14:18 - 2 Mart 2023

"Napoli"nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli futbolçunun gələcəyi ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, “GeoTeam”ə açıqlama verən Cuqeli Xviçanın Neapolda qalacağını bildirib: 

"Xviçanı “Napoli”də hər şeyi razı salır, hazırda heç bir klubla danışıq aparmırıq. O, İtaliyanın başqa klubuna keçməyəcək. Xviça ilə danışdım və o, mənə etiraf etdi: “Mamuka, mən “Napoli”dən başqa heç bir İtaliya komandasında oynamayacam”. 10-15 ildən sonra nə olacağını bilmirəm, bəlkə “İnter” ona zəng edər, Xviça da yollanar Milana. Ancaq hazırda istəmir. İtaliyada onun üçün yalnız Neapol var. Onun atası Badri ilə "Barselona"ya azarkeşlik edirik, Xviça isə “Real”ı dəstəkləyir. Onu “Barsa” formasında görmək məni xoşbəxt edərdi. Ancaq “Real” fanatıdır".

Xəbər xətti