"Roma" ÇL-ə vəsiqə qazanmasa, Mourinyo paytaxtı tərk edəcək

14:51 - 2 Mart 2023

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya klubunu tərk edə bilər.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "canavarlar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, portuqaliyalı komandada qalmayacaq. 

24 turdan sonra paytaxt təmsilçisi İtaliya A Seriyasının turnir cədvəlində 5-ci pillədədir. Mourinyonun “Roma” ilə hazırkı müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Portuqaliyalı 2021-ci ilin yayından adıçəkilən komandanı çalışdırır. 

Qeyd edək ki, “Roma” sonuncu dəfə 2018/2019 mövsümündə Çempionlar Liqasında iştirak edib.
“Roma” növbəti turda martın 5-də doğma meydanda “Yuventus”la üz-üzə gələcək. Görüşə Bakı vaxtı ilə 23:45-də start veriləcək. 

Xəbər xətti