"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə kubokunun 1/8 finalında "Vest Hem" üzərində qazanılan qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, “BBC”ə danışan ingilis müdafiəçi London klubuna 3:1 hesabı ilə qalib gəldikləri matçda yaxşı mübarizə apardıqlarını bildirib:
"İlk hissədə özümüzə problemlər yaratdıq. Asan qol buraxdıq, amma özümüzə inamımızı itirmədik. Buraxılan qola yaxşı reaksiya verdik. Bütün ən yaxşı komandalar həmişə özlərinə inanır. Demək istəmirəm ki, biz ən yaxşıyıq. Qarşıda çox iş var, amma bizim fəlsəfəmiz bu cürdür".
saytlarin hazirlanmasi