Kadi Borges erməniəsilli klub rəhbəri haqda: "Ən yaxşı futbol klubu prezidentidir"

16:14 - 2 Mart 2023

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges "РБ Спорт"a açıqlamasında klubun prezidenti Sergey Qalitski haqda danışıb.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın sabiq üzvü Rusiya klubunun rəhbərini bu ölkədəki ən yaxşı klub prezidenti olduğunu bildirib:

"Mən Qalitskini əvvəllər tanımırdım, amma "Krasnodar"a transferimdən əvvəl onun haqqında insanlardan çox soruşmuşdum. Hamı onun əla insan olduğunu söyləyirdi. Onunla bir dəfə danışığımızdan sonra məndə əla təəssürat yaratdı. Məncə, Qalitski Rusiyanın ən yaxşı futbol klubu prezidentidir. O, çox iş görür. Onunla danışmaq çox xoş idi".

1967-ci ildə Soçidə dünyaya gələn Sergey Qalitski erməniəsillidir. 

Xəbər xətti