Türkiyədə 12 yaşlı futbolçulardan ibarət klubların “İzmir cup” turniri keçiriləcək.
Sportal.az xəbər verir ki, adıçəkilən turnirdə 72 komandanın iştirak edəcəyi gözlənilir. Həmin komandalar arasında “Neftçi” və “Qarbağ” da var.
Avropa klublarından isə PSJ, “Çelsi”, “Mançester Siti”, “Bavariya” və “Yuventus”un “İzmir Cup”da iştirakı ehtimal edilir. Turnir aprelin 6-dan 9-a qədər İzmir şəhərində keçiriləcək.