"Zirə" bir müddət əvvəl yollarını ayırdığı futbolçusunu geri qaytarıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nemanya Andelkoviç "Zirə"nin sıralarına yenidən qoşulub.
Serbiyalı müdafiəçi cari mövsümün sonuna qədər adıçəkilən komandada çıxışını davam etdirəcək.
O, Azərbaycanı tərk etdikdən sonra "Kuban"a qoşulmuşdu.