Braziliya millisinin üzvü İtaliyada qaldı

17:56 - 2 Mart 2023

Braziliya millisinin müdafiəçisi Danilo “Yuventus”da qalıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qoca sinyora” təcrübəli futbolçu ilə müqavilə müddətini artırıb.

Tərəflərin razılığına əsasən Danilo 2025-ci ilin yayına qədər Turin klubunda çıxış edəcək.

31 yaşlı futbolçu 2019-cu ildə “Mançester Siti”dən “Yuventus”a keçmişdi. Bundan əvvəl o, “Amerika Mineyro”, “Santos”, “Porto”, “Real” klublarının formasını geyinib.

 

Xəbər xətti