Braziliya milli komandasının sabiq üzvü Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu "Barselona"ya keçib. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gənc forvardla 1,5 illik müqavilə imzalanıb.
Joao Mendeş "Barselona"nın U-19 komandasında çıxış edəcək. Futbolçu Braziliyanın "Kruzeyro" klubunun yetirməsidir.
saytlarin hazirlanmasi