"Liverpul" mövsümlərarası fasilədə müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin gündəmində olan oyunçulardan biri "Vest Hem"də çıxış edən Nayef Aqerddir. "Qırmızılar" 26 yaşlı mərkəz müdafiəçisi üçün yayda London klubuna rəsmi təklif göndərəcək.
"Vest Hem" Nayef Aqerdi mövsümün əvvəlində "Renn"dən transfer edib. Mərakeşli futbolçu Premyer Liqa klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi