"Fulhem"in hücumçusu Aleksandar Mitroviç Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az "Todofichajes"ə istinadən xəbər verir ki, 28 yaşlı forvardın xidmətində "Çelsi" maraqlıdır. "Mavilər" yay transfer məncərəsi zamanı serbiyalı futbolçu üçün onun klubuna rəsmi təklif göndərəcək.
Aleksandar Mitroviç "Fulhem"ə 20218-ci ilin yayında "Nyukasl"dan transfer olunub. Serbiya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi