Xorvatiyanın "Dinamo" klubu azərbaycanlı hücumçu Mahir Emreli ilə yollarını ayıracaq.
Sportal.az "24sata.hr"a istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 25 yaşlı forvardın xidmətində maraqlı deyil. "Dinamo" "Konyaspor"a icarəyə verilən futbolçunu yayda komandadan göndərəcək.
"Dinamo" Mahir Emrelini ötən ilin qışında Polşa "Legiya"sından transfer edib. Zaqreblilər millimizin üzvünü mövsümün sonuna kimi Türkiyənin "Konyaspor" klubuna icarəyə verib.
saytlarin hazirlanmasi