Messi Argentinada ölümlə təhdid olunur - FOTO

20:59 - 2 Mart 2023

PSJ-nin ulduz futbolçusu Lionel Messi ölkəsi Argentinada ölümlə təhdid olunur.

 

Sportal.az xəbər verir ki, Rosario şəhərində naməlum şəxslər 35 yaşlı hücumçunun həyat yoldaşı Antonella Rakutsanın ailəsinə məxsus olan marketə atəş açıblar. Onlar divara "Messi, səni gözləyirik" yazısını da yazıblar.

 

Argentina polisi hadisənin səbəbini və silahlı şəxslərin kimliyini araşdırır. 

 

Resim

Xəbər xətti