"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Barselona"nın yarımmüdafiəçisi Frenki De Yonqdur. İngiltərə klubunun baş məşqçisi Erik ten Haq 25 yaşlı futbolçunun transferində israrlıdır. Niderlandlı futbolçu özü də "Mançester Yunayted"də oynamağa isti yanaşır.
"Barselona" Frenki De Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderlnad millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 31 rəsmi matçda 2 qol və 1 məhsuldzr ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi