PSJ-nin yarımmüdafiəçisi Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya”ya qarşı cavab oyununda oynamayacaq.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, braziliyalı futbolçu həm də, Fransa çempionatının görüşündə meydana çıxmayacaq.
Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye məsələ haqda danışıb: “Neymar “Nant” və “Bavariya”ya qarşı oynamayacaq. Onun olmaması bizim üçün ciddi itkidir".
PSJ martın 4-də “Nant”la, 8-də isə “Bavariya” ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi