“Neftçi”nin legioneri Ataa Caber sosial şəbəkədə onun üçün narahat olanlara təşəkkürünü bildirib.
Sportal.az xəbər verir ki, israilli futbolçu instaqramdakı hesabında bunları yazıb:
"Yazdığınız mesajlara görə sizə təşəkkür edirəm. Bu hərəkətinizi yüksək qiymətləndirirəm. Tezliklə görüşəcəyik".
Caber Misli Premyer Liqasının 24-cü turunun “Qarabağ” – “Neftçi” görüşünün 82-ci dəqiqəsində zədələnərək yerini Azər Salahlıya buraxmışdı. Onun təxminən bir həftəyə başlayacağı gözlənilir.
Mirbağırağa
saytlarin hazirlanmasi