"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal mərhələsinin "Real" və "Barselona" (0:1) arasında keçirilən ilk oyunundan sonra İspaniya mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan argentinalı mütəxəssis kataloniyalıları qələbə münasibəti ilə təbrik edib:
"Futbol elə oyundur ki, matçdan asılı olaraq vəziyyət dəyişir. "Barselona" qalib gəlmək üçün hansı oyuna ehtiyacı olduğunu anladı. Onu da ən yaxşı şəkildə etdilər. "Barselona" rahat oynadı, mütəşəkkil müdafiə olundu. "Real"ın "Barselona"nın qapısı qarşısında qol şansı olmadı. Kataloniyalıları qələbə münasibətilə təbrik edirəm".
"Barselona” və "Real" arasındakı cavab matçı aprelin 5-də “Kamp Nou"da keçiriləcək.