Kadi Borges: "Hər şeyi etmək istəyirəm ki, "Krasnodar" liderlər qrupuna qayıtsın"

20:38 - 3 Mart 2023

"Qarabağ"ın sabiq futbolçusu, qışda "Krasnodar"a keçən yarımmüdafiəçi Kadi Borges yeni klubundan danışıb. 

Sportal.az xəbər verir ki, "РБ Спорт"a açıqlama verən braziliyalı Rusiya klubuna transferi haqda bunları deyib:

"Krasnodar"da olduğum üçün çox şadam. Məni burada çox yaxşı qarşıladılar. Hər gün komandaya, məşqçiyə daha da çox uyğunlaşıram. Günü-gündən daha yaxşı olacaq. Klubuma kömək etmək istəyirəm. Hər şeyi etmək istəyirəm ki, "Krasnodar" liderlər qrupuna qayıtsın".

Xəbər xətti