"Konyaspor" Azərbaycan millisinin forvardı Mahir Emrelini ictimaiyyətə təqdim edib.
Sportal.az xəbər verir ki, Türkiyə klubu "Dinamo"dan (Zaqreb) icarəyə götürdüyü hücumçu üçün imzalanma mərasimi keçirib. Emreli yeni komandasında 19 nömrəli formanı geyinəcək. Həmin mərasimdə Mahirlə yanaşı Metehan Mert, Alexandro Pozuelo, Marlos Moreno da iştirak edib. Adıçəkilən futbolçular da Türkiyə klubunun yeni transferləridir. Millimizin hücumçusu "Konyaspor" formasında əsgər salamı verib.