Futzal üzrə Yunanıstan milli komandasının baş məşqçisi Yanis Ziavas DÇ-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçirilən görüşünü şərh edib.
Sportal.az xəbər verir ki, yunanıstanlı mütəxəssis Bakıdakı 2:5 hesablı məğlubiyyət haqda bunları deyib:
“Oyun çətin alındı. Belə olacağını anlayırdıq. Azərbaycan bizdən güclüdür. Şanslarımızdan istifadə etməyə çalışdıq. Rəqibin səviyyəsi ilə hesablaşa bilmədik. 0:4-dən sonra rəqib bir az arxayınlaşdı. İlk oyunda da Azərbaycan öz səviyyəsini göstərmişdi. Azərbaycanı sevikirik və bura gəldiyimizə görə şadam. Burada oynamaq xoş idi. Azərbaycana uğurlar arzulayıram”.
saytlarin hazirlanmasi