Futbol üzrə Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "İnçeon"la qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.
Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan 24 yaşlı müdafiəçi sona qədər oynayıb. Milli üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Tecon Xana Sitizen" iki turdan sonra 4 xalla 2-ci sıradadır.