"Latsio"nun baş məşqçisi Mauritsio Sarri "Napoli" üzərində 1:0 hesablı qələbədən sonra rəqib komandanın baş məşqçisi Luçano Spaletti haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "DAZN"a danışan Sarri həmkarının Neapol klubunda uğur qazanacağına inandığını bildirib:
"Spaletti bu mövsümdən sonra istədiyinə əldə edə bilsə, Neapolun kralı olacaq. Qələbə qazanmaq hər yerdə əladır. Amma Neapolda qalib gəlmək xüsusi məsələdir. Bu təcrübəni yaşamaq da xoşdur".
Xatırladaq ki, “Napoli” A seriyasının 25-ci turunda evdə “Latsio”ya 0:1 uduzub. Buna baxmayaraq, neapollular 65 xalla turnir cədvəlinin lideridir. İkinci pillədə yer alan “Latsio” isə 48 xala malikdir.