"Neftçi" "Yuventus", "Beşiktaş" və Şalke" eyni qrupda

18:10 - 4 Mart 2023

"Neftçi"nin U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup" beynəlxalq turnirində iştirak edəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri "H" qrupunda Türkiyənin "Beşiktaş", "Giresunspor", İzmir şəhərinin çempionu, İtaliyanın "Yuventus", Almaniyanın "Şalke", Fransanın "Metz", Belçikanın "Vesterlo" və Rusiyanın "Zenit" klubları ilə mübarizə aparacaq.

72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları ilə yanaşı, PSJ (Fransa), "Bavariya" (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri yarışacaq.

Xəbər xətti