"Barselona" ilə danışıqlar zamanı həll yolunu tapa bilmədik"

18:27 - 4 Mart 2023

"Las Palmas"ın prezidenti Migel Anxel Ramires "Barselona"nın Alberto Moleyronu transfer etmək üçün danışıqlardan çəkildiyini bildirib.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, futbolçunun müqaviləsində 30 milyon avroluq sərbəst qalma maddəsi var ki, "Las Palmas" Primeroya yüksələrsə, bu məbləğ 60 milyon avro olacaq.

"Las Palmas"ın prezidenti məsələ haqda bunları deyib: "Yayda "Barselona" ilə prinsipial razılığa gəlmişdik. Lakin həmin vaxtı maliyyə feyr-pleyinə görə heç nə etmək mümkün deyildi. "Barsa" üçün heyəti rəqabətli etmək, eyni zamanda maliyyə qaydalarını pozmamaq vacib idi. Danışıqlar zamanı həll yolu tapa bilmədik. Yaydan sonra Moleyro ilə bağlı “Barselona” ilə danışıq aparmadıq. “Barselona” ilə hekayə bitdi. Düşünürəm ki, indi onların başqa transfer prioritetləri var".

Moleyro bu mövsüm 29 oyuna çıxıb və 8 məhsuldar ötürmə edib.

 

Xəbər xətti