Paytaxt klubunun kapitanı bu gün meydana çıxa biləcək

10:13 - 5 Mart 2023

"Roma"nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini "Yuventus"la matçda meydana çıxa bilər. 

Sportal.az "TMW"ə istinadən xəbər verir ki, "canavarlar"ın kapitanı qripdən əziyyət çəkdikdən sonra məşqlərə qayıdıb.

Halbuki, Pelleqrininin “qoca sinyora” ilə matçda iştirakı sual altında idi. Amma son qərarı oyun günü Joze Mourinyo verəcək. 

"Roma" - "Yuventus" görüşünə bu gün Bakı vaxtı ilə 23:45-də start veriləcək.

Xəbər xətti