Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” evdə “Dnipro-1” komandası ilə qarşılaşıb.
Matç 2:2 hesabı ilə başa çatıb. Meydana start heyətində çıxan Mustafayev dublla yadda qalıb. O, 31 və 88-ci dəqiqədə komandasının qollarının müəllifi olub. “Aleksandriya” 15 turdan sonra 26 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi
