Azərbaycan çempionatında növbəti turlara yekun vuruldu

19:20 - 6 Mart 2023

Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatının II dövrəsinin növbəti turlarına yekun vurulub.

Sportal.az xəbər verir ki, “AHF Arena” idman kompleksində XVII tura “İdman Akademiyası” - U-16 görüşü ilə start verilib. Çempionatın lideri bu görüşdə rəqibini böyük xal fərqi ilə üstələyib – 33:18.

"Məhsul” - RİOEUGİM matçında daha təcrübəli nominal ev sahibləri fasiləyədək üstünlüklərindən istifadə etməkdə çətinlik çəkiblər–15:14. İkinci hissədə təşəbbüsə yiyələnən “Məhsul” həndbolçuları pərəstişkarlarını inamlı qələbə ilə sevindiriblər - 42:23.

Turun son qarşılaşması da azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Mübahisəli epizodlarla yadda qalan “Dinamo” – “Bakı” görüşü dinamoçuların 39:29 hesablı qələbəsi ilə yekunlaşıb.

18-ci turun oyunları da favoritlərin üstünlüyü şəraitində keçib. Bu, qeydə alınan nəticələrdə də təsdiqini tapıb. “İdman Akademiyası” “U-16” –nı 41:22, “Məhsul” RİOEUGİM-i 42:31, “Dinamo” isə “Bakı” komandasını 39:32 hesabı ilə məğlub edib.

18turdan sonra yarış cədvəlinə 39 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” 29 xalla ikinci yerdədir. İlk üçlüyü 27 xalla “Təhsil” qapayır. 4-cü pillədəki “Dinamo” ondan 3 xal geri qalır. RİOEUGİM-lə U-16 komandasının hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.

Xəbər xətti