UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait bəlli oldu

11:15 - 7 Mart 2023

UEFA-nın 2022-ci ildə Azərbaycan klublarına ayırdığı maliyyə vəsaiti məlub olub.

Sportal.az xəbər verir ki, bu gün keçirilən AFFA-nın növbəti Hesabat Konfransında bu barədə məlumat verilib.

Qitənin ali futbol qurumu ötən il Premyer Liqada çıxış edən 8 kluba ümumilikdə 28 milyon 924 min 10 manat vəsait ödəyib:

1. Qarabağ - 24 milyon 497 min 200 manat

2. Neftçi - 1 milyon 635 min 397 manat

3. Zirə - 961 min 395 manat

4. Qəbələ - 847 min 787 manat

5. Sumqayıt - 847 min 787 manat

6. Sabah - 320 min 749 manat

7. Şamaxı - 165 min 465 manat

8. Səbail - 146 min 931 manat.

Qeyd edək ki, "Kəpəz" və "Turan Tovuz" bu mövsümdən etibarən Premyer Liqada çıxış etdikləri üçün onlara vəsait ayrılmayıb. 

Xəbər xətti