Fərid Qayıbov: "İnanıram ki, çempionatda klubların sayı daha da artacaq"

11:37 - 7 Mart 2023

Gənclər və idman naziri Fərid Qayıbov AFFF-nın hesabat konfransında iştirak edir.

Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən nazir dövlətin idmana və futbola dəstəyi haqda danışıb. O, futbolun inkişafı üçün AFFA ilə birgə fəaliyyət göstərəcəklərini bildirib:

“Ölkəmizdə idman dövlət siyasətidir. Dövlət qayğısı, ölkə başçısının idmana, futbola sevgisini bilirik, hiss edirik. Futbolçular və idmançılar da bunu bilirlər. İdman üçün ölkəmizdə yaradılan şəraitdən xəbəriniz var. 

AFFA-nı təbrik edirəm. Bugünkü konfrans yaxşı təşkil olunub. AFFA-nın sabiq baş katibi artıq FIFA-da çalışır. Bu da nailiyyətdir.

“Qarabağ”ı nəticələrinə görə təbrik edirəm. Təbii ki, biz azarkeşlər daha çox şey istəyirik. Güclü Avropa klubları ilə oynayırıq.

Premyer Liqada klubların sayı artıb. Bərabər çalışmalıyıq. İnanıram ki, bu istiqamətdə işlər gedəcək, çempionatda klubların sayı daha da artacaq. Yeni stadionlar tikilib. Amma yenə də, bu istiqamətdə işlər görməyimiz lazımdır.

FIFA və UEFA-ya minnətdarlıq bildirirəm ki, federasiya dəstək olurlar, klublara kömək edirlər, futbolun inkişafı üçün töhvə verirlər. Futbol ən populyar idman növüdür. Federasiyanın büdcəsindən bilinir. Biz də çalışırıq ki, nazirlik kimi yarışlar təşkil edək. Bu il Heydər Əliyev ilidir. Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında turnir keçirilir. Çox maraqla qarşılandı.

Klublarımıza, futbolçularımıza və federasiyamıza uğurlar arzu edirəm. Gözəl nəticələrə görə təbrik edirəm".

Mirbağırağa 

Xəbər xətti