"Neftçi" yenə məğlub oldu

20:58 - 8 Mart 2023

Basketbol üzrə Azərbaycan çempionatında 21-ci tura start verilib.

Sportal.az xəbər verir ki, “Neftçi” NTD-ni qəbul edib.

Çempionatın lideri “ağ-qaralar”a 80:109 hesabı ilə uduzub.

“Neftçi” – NTD 80:109

Turun digər matçları martın 9-u, 11-I və 12-də keçiriləcək.

9 mart

19:15 “AAAF Xırdalan” – “Zirvə Astara”

11 mart

15:00 “Gəncə” – “Sərhədçi”

12 mart

15:00 “Olimpik”(Şəki) – “Sabah”

21 turdan sonra NTD 36 xalla liderdir. “Neftçi” isə 28 xalla 6-cıdır.

Xəbər xətti