"Aleksandriya"nın azərbaycanlı futbolçusu Emil Mustafayev Sportal.az saytına açıqlama verib.
O, Ukrayna mətbuatında bu ölkənin yığmasından imtina etməsi haqda çıxan xəbərlərə münasibət bildirib.
Mustafayevin sözlərinə görə, ona Ukrayna yığmasında oynamağı "Aleksandriya"dan baş məşqçisi olan Ruslan Rotan təklif edib:
"Doğrudur, Ukrayna yığmasında oynamaq imkanım var idi. Ukrayna yığmasında oynamağı mənə Ruslan Rotan təklif etmişdi. Həmin vaxtı ona dedim ki, mən artıq Azərbaycanın U-21 yığmasında oynamışam. Rotan bildirdi ki, bu barədə düşünə bilərsən. Düzü, sonradan bu mövzu bağlandı. Bir daha müzakirə etmədik.
Əlbəttə ki, mən Azərbaycan yığmasında oynamaq istəyərdim. Amma Ukrayna da mənim ölkəmdir. Burada dünyaya gəlmişəm, futbola Ukraynada başlamışam. Necə olacağını zaman göstərəcək. Bu barədə nəsə deyə bilməyəcəm. Zamanla görəcəyik. İndi bütün fikrimi "Aleksandriya"nın oyunlarına yönəltmişəm".
Mirbağırağa
saytlarin hazirlanmasi