Millimizin forvardı "Sportinq"lə anlaşdı

14:09 - 9 Mart 2023

Futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.

Sportal.az "Record"a istinadən xəbər verir ki, forvard "Tümen"dən ayrılıb.

Portuqaliyalı həmkarlarımız onun ölkənin ən güclülərindən biri olan "Sportinq"lə anlaşdığını yazıb.

Belə ki, Vilela növbəti mövsümdən Lissabon klubunda çıxış edəcək.

Xəbər xətti