Türkiyə mətbuatı: "Emreli hücumun mərkəzində daha faydalı olardı"

15:47 - 9 Mart 2023

Türkiyədə "Konyaspor"un yarımmüdafiəçisi Mahir Emrelinin Superliqanın 23-cü turunun "Giresunspor"la oyunundakı (0:0) debütü dəyərləndirilib.

Sportal.az xəbər verir ki, "Yeni Haber" Emrelinin sağ cinahda o qədər effektli olmadığını yazıb. 

Türkiyəli həmkarlarımız millimizin forvardının fərqli mövqelərdə daha çox xeyir verə biləcəyini qeyd ediblər:

"Mahir karyerası ərzində hücumun mərkəzində və ya sol cinah vingeri kimi daha faydalı olardı. Çünki əvvəlki matçlarında bunu görmək mümkündür".

Bununla yanaşı, Emrelinin 58 dəqiqə ərzində göstərdiyi statistik rəqəmlər xüsusi qeyd olunub. O, meydanda olduğu 58 dəqiqə ərzində 40 dəfə top qəbul edib, 33 ötürmə verib ki, onlardan 84,8 faizi dəqiq olub. Bununla yanaşı, millinin üzvü qapıya iki zərbə ilə də yadda qalıb.

Xəbər xətti