"Barselona" və "İnter" braziliyalı hücumçunu istəyir

17:28 - 9 Mart 2023

Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Roberto Firmino ilə Avropa nəhəngləri maraqlanır.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçunu transfer etməyə ən yaxın olan klublar "Barselona" və "İnter"dir. Hər iki klub yayda azad agent statusunda olacaq 30 yaşlı forvardı pulsuz heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Roberto Firmino "Liverpul"a 2015-ci ilin yayından "Hoffenhaym"dan transfer olunub. O, cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti