"Barselona" uruqvaylı yarımmüdafiəçini istəyir

22:10 - 9 Mart 2023

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Uruqvayın "Liverpul Montevideo" klubunda çıxış edən Fabrisio Diasla maraqlanır. Bu barədə "Mundo Deportivo" nəşri məlumar yayıb. Klubu 20 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro tələb edir.

Gənc futbolçunu Braziliyanın "Flamenqo" və Argentinanın "River Pleyt" klubları da transfer etmək istəyir.

Qeyd edək ki, Fabrisio Dias "Liverpul Montevideo"nun yetirməsidir. Uruqvaylı yarımmüdafiəçi əsas komandanın heyətində meydaqna çıxdığı 109 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti