Milli komanda argentinalı məşqçiyə tapşırıldı

14:33 - 11 Mart 2023

Futbol üzrə Venesuela milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, yığmanı Fernando Batista çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti yayıb. 52 yaşlı argentinalı mütəxəssislə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fernando Batista 2021-ci ildən millidə köməkçi məşqçi kimi çalışırdı.

Xəbər xətti