İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin icarə əsasında "Bavariya"da çıxış edən müdafiəçisi Joao Kanselo ilə maraqlanır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb. "Barselona" yayda 28 yaşlı sağ cinah müdafiəçisi üçün İngiltərə klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Mançester Siti" Joao Kanselonu qış transfer pəncərəsi zamanı "Bavariya"ya icarəyə verib. Portuqaliyalı müdafiəçi Münhen klubunun heyətində meydana çıxdığı 7 matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi