"Yuventus" Braziliya millisinin üzvünü istəyir

21:27 - 11 Mart 2023

"Yuventus" yayda komandadan ayrılacağı gözlənilən Duşan Vlahoviçə əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Tottenhem"in hücumçusu Rişarlisonla maraqlanır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. "Qoca Sinyora" braziliyalı forvard üçün London klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Tottenhem"ə yayda "Everton"dan transfer olunub. Braziliya millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 26 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti