Almaniya 3-cü Bundesliqasında 26-cı turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Essen"i qəbul edib. Qarşılaşma Aue təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Dmitri Nazarov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. O, komandasının hər iki qolunu penaltidən vurub.
Xallarını 33-ə yüksəldən "Ersgebirge" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi